Tramp administrasiyası ilə İsrailin baş naziri Benyamin Netanyahu hökuməti arasında fikir ayrılıqları ola bilər, lakin ikitərəfli əlaqələrin pozulması təhlükəsi yoxdur. Bunu ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi deyib. "Bəzən Qəzzadakı müharibədə növbəti addımlar, girovların vətənə qaytarılması və ya İranla genişmiqyaslı müharibədən necə qaçmaq barədə fikir ayrılıqları olur. Əlbəttə, bu təbiidir", - deyə səfir qeyd edib.
Səfir iki ölkə arasında davam edən nüvə danışıqlarının uğurlu olacağına və bunun hərbi münaqişənin qarşısını almağa kömək edəcəyinə ümid etdiyini bildirib.
Surxay Əliyev