Olivye Dekotini:- Bizim istəyimiz Ermənistanı dəstəkləmək üçün real rıçaqlar qurmaqdır

Ermənistanla Fransa arasında çoxşaxəli əlaqə var: diaspor, assosiasiyalar, müəssisələr, həm də strateji prioritetlər üzrə dövlətlə kommunikasiya vasitəsilə bütün bu aktorlar arasında dialoq qurmaq istəyi var, yəni bizim hər birimiz öz prioritetlərimizi nəzərə alaraq geosiyasi vəziyyətə necə təsir edə bilərik. Bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekotini 5-ci Ermənistan-Fransa Mərkəzləşdirilməmiş Əməkdaşlıq Konfransı zamanı deyib.
“Bizim hamımızın Gorusda birləşməyimiz, Paris şəhəri və Erməni Assosiasiyaları İttifaqının təşəbbüsü ilə fransız icmaları tərəfindən humanitar yardımın göndərilməsindən təxminən iki il sonra, o deməkdir ki, biz həm dövlət, həm Fransa cəmiyyəti, həm də təşkilatlar olaraq sizin tərəfinizdə olmağa davam edirik.
Birgə qurduğumuz şey təkcə texniki əməkdaşlıq, dostluq deyil, həm də vəziyyətə təsir etmək, Ermənistanı dəstəkləmək və sülh naminə fəaliyyət göstərmək üçün real rıçaqlardır”, - deyə səfir bildirib.
Surxay Əliyev