Solovyov aerodromdan çəkilən videoya görə rusiyalı çağırışcının edam edilməsini istəyib

Rusiyalı teleaparıcı Vladimir Solovyov Ukrayna pilotsuz təyyarəsinin hərbi aerodroma hücumunu lentə alan hərbi çağırışçını edam etməyə çağırması hiddət fırtınasına səbəb olub. Bəyanat hətta müharibə müxbirləri tərəfindən belə kəskin tənqidlərə səbəb olub.Solovyovun sözləri aerodromda pilotsuz təyyarənin endirilməsi zamanı gənc əsgərin çəkdiyi iddia edilən videonun sızması ilə bağlı insidentə reaksiya olub. Qalmaqal Rusiya infrastrukturuna davam edən hücumlar və İstanbulda aparılan danışıqlar fonunda yaranıb və cəmiyyətdəki gərginliyi önə çəkib.
Efirdə Solovyov çağırışçını “Vətən xaini” adlandırıb və “bu alçaqı çıxarıb sıranın qabağında güllələməyi” təklif edib. O, verilişində "onu vura bilərikmi, bu çağırışçını?-deyə sual edib. “Bu əclafı çıxarın və sadəcə olaraq cəbhənin önündə Vətən xaini kimi güllələyin" deyə Solovyov vurğulayıb.Sosial şəbəkələr və istehlakçılıq mədəniyyəti ilə tərbiyə olunan gənc əsgərə qarşı ittihamların ədalətsizliyinə işarə edən Roman Alyoxin teleaparıcını tənqid edib. Müharibə müxbiri Vladimir Romanov isə daha da irəli gedərək Solovyovu açıq şəkildə təhqir edib.
Surxay Əliyev