Medinski:-“Biz müəyyən ərazilərdə atəşkəs barədə razılığa gəldik”

Rusiya danışıqlar qrupunun rəhbəri Vladimir Medinski komandirlərin öz əsgərlərinin cəsədlərini toplaya bilməsi üçün Moskva və Kiyevin müəyyən ərazilərdə atəşkəs barədə razılığa gəldiyini bildirib.Medinski deyib ki, Ukrayna hərbçiləri yaxın vaxtlarda müəyyən ərazilərdə atəşkəs təklifi hazırlayacaqlarını vəd ediblər.O əlavə edib ki, Moskva və Kiyev siyasi qərarlar olmadan ağır yaralı əsgərlərin mübadiləsi üçün komissiya yaradacaq. Rusiya və Ukraynanın ən böyük məhbus mübadiləsi ilə bağlı razılığa gəldiyini deyən Medinski, məhbus mübadiləsinin ümumi limitinin 1000 nəfərdən az olmayacağını bildirib. Medinski onu da vurğulayıb ki, Rusiya memorandumunun ikinci hissəsi tam atəşkəs üçün bir neçə yol və ardıcıl addımları nəzərdə tutur.
Surxay Əliyev