Türkiyə Xarici İşlər Nazirliyi: “Putin və Zelenski arasında görüş gözləyirik”

Biz ABŞ-ın bu danışıqlara inamına və dəstəyinə inanırıq... Biz liderlərin görüşü üçün lazımi hazırlıq tədbirlərini nəzərdən keçirməyi gözləyirik. Türkiyə mətbuatı xəbər verir ki, bunu Rusiya-Ukrayna danışıqlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. "Biz atəşkəslə bağlı iki ölkənin mövqelərini qiymətləndirməyə və əsirlərin mübadiləsi prosesini sürətləndirməyə çalışırıq. Bu, sülhə yol aça bilər. Biz hesab edirik ki, ABŞ-ın bu danışıqlara inamı və dəstəyi son dərəcə vacibdir. Trampın sülhü bərqərar etmək əzmi yeni imkanlar pəncərəsi aça bilər”, - deyə o qeyd edib.
Surxay Əliyev