Ermənistan polisi üçün 810 min dollarlıq 15 maşın

Ermənistan Daxili İşlər Nazirliyi (DİN) 810 min dollar dəyərində “Volvo” markalı 15 maşın alıb. Ermənistan mediasının yazdığına görə, Ermənistan Daxili İşlər Nazirliyi ilə "Avantqard" şirkəti arasında bağlanan müqavilənin ümumi dəyəri 311,25 milyon dramdır. Bir maşının qiyməti 20,75 milyon dramdır.
Xatırladaq ki, ötən il Ermənistan Daxili İşlər Nazirliyi 1,3 milyard dram (3,4 milyon dollar) dəyərində daha 67 elektrikli krossover alıb.
Mətləb