İsrailin bir günlük bombardmanı 32 fələstinlinin həyatına son qoydu

İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində son 24 saat ərzində 30-dan çox fələstinli həlak olub. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. “Son 24 saat ərzində Qəzza zolağında 37 ölü, o cümlədən daha əvvəl öldürülən 5 nəfərin cəsədi çatdırılıb. Bundan başqa 136 yaralı xəstəxanalara çatdırılıb. Bununla belə, dağıntılar altında və küçələrdə hələ də çoxlu qurbanlar var ki, onlara təcili yardım və mülki müdafiə xidmətləri çata bilmir”, - məlumatda deyilir.
Səhiyyə Nazirliyinin son məlumatına görə, cari ilin martın 18-dən bəri İsrail Müdafiə Qüvvələrinin hərəkətləri 4149-dan çox insanın ölümünə, 12,5 minə yaxınının isə yaralanmasına səbəb olub.
Mətləb Salahov