Ukraynanın Rusiyaya təqdim etdiyi memorandumda nələr var?

Ukrayna mediası Rusiya və ABŞ-a təklif olunan Ukrayna memorandumunun tam mətnini açıqlayıb. Kiyevdə dərc edilən “İctimai” nəşri yazır ki, rəsmi Kiyev danışıqlar üçün şərt kimi Moskvadan “göydə, quruda və dənizdə” qeyd-şərtsiz atəşkəs tələb edib.
Bundan əlavə, Ukrayna tərəfi etimadın möhkəmləndirilməsi tədbiri kimi ölkədən deportasiya edilmiş və qeyri-qanuni köçkün edilmiş bütün uşaqların geri qaytarılmasında, “hamı üçün” prinsipi ilə məhbusların mübadiləsində israrlıdır. Ukrayna həmçinin Rusiyadan təcavüzün təkrarlanmaması ilə bağlı etibarlı təhlükəsizlik zəmanəti alacağını gözləyir. Bununla belə, Kiyev tərəfsiz olmağı öhdəsinə götürmür. Belə ki, dövlət Avro-Atlantik icmasının bir hissəsini seçib və Avropa İttifaqının üzvlüyünə doğru hərəkət edə bilər:
“Kiyevin NATO-ya üzvlüyü Alyans daxilində konsensusdan asılıdır. Ukrayna Müdafiə Qüvvələrinin sayı, yerləşdirilməsi və digər parametrləri, habelə xarici dost dövlətlərin qoşunlarının ölkə ərazisinə yerləşdirilməsinə heç bir məhdudiyyət qoyula bilməz”.
Mətləb