Fransa qarışdı – polislə toqquşmalarda 2 nəfər öldü, 559 nəfər saxlandı…

PSJ final matçında İtaliya təmsilçisi "İnter"ə 5:0 hesabı ilə qalib gələrək UEFA Çempionlar Liqasının çempionu olub.
Oyundan sonra Parisdə iğtişaşlar baş verib. Azarkeşlər PSJ stadionunun ətrafında barrikadalar və avtomobilləri yandırıb, molotof kokteyli ilə polisə hücum ediblər. Polislə azarkeşlər arasında toqquşmalar baş verib, hadisələr zamanı 2 nəfər ölüb, 205 nəfər yaralanıb.
"Le Figaro" qəzeti PSJ-nin qələbəsindən sonra Parisdə baş verən hadisələrdə ən azı 559 nəfərin saxlanıldığını yazıb. Fransa rəsmiləri bildiriblər ki, saxlanılanlardan 294-ü həbs edilib.
TAHİR