Kremlin ideoloqu: “Türk xalqı artıq gələcəyini Ərdoğanda görmür”

Martın 19-da İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı başlayan əməliyyatların ardından İBB sədri Əkrəm İmamoğlu da daxil olmaqla bir çox adam həbs edilib,hər keçən gün isə bu əməliyyatlara yeniləri əlavə edilir. CHP sədri Özgür Özəl həyata keçiriləcək əməliyyatlar üçün ABŞ prezidenti Trampdan “icazə” alındığını iddia etdiyi, Avropanın isə kifayət qədər reaksiya verməməsinin fonunda,baş verənlərlə bağlı Rusiya siyasətində önəmli bir simadan diqqət çəkən açıqlama gəldi. Belə ki,Rusiya prezidentinə yaxınlığıyla tanınan,kremlin ideoloqu kimi tanınan strateq və politoloq Prof. Dr. Aleksandr Duqin “Polemik Haber”də Hakan Kılıçın suallarını cavablandırıb. Və verilən sualların əhatəsində Türkiyə siyasəti ilə bağlı açıqlama verib.
CHP-nin prezidentliyə namizədi və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Zəfər Partiyasının sədri Ümit Özdağ və digərlərinin həbsləri ilə bağlı sualı cavablandıran Duqin deyib: "Bəlkə də mən yanılıram. Məncə, Türkiyədəki bu etirazlar səbəbsiz deyil.Ərdoğana qarşı böyük etiraz var. O, o qədər qəribə addımlar atıb ki, onun hakimiyyətinə qarşı real etiraz dolu reaksiya var. Onun nüfuzu xeyli zəifləyib. Türk xalqı böyük xalqdır. Bu xalq insanlara "mən nizam-intizam qururam, bunu edin" deməklə kifayətlənmir. Bunun səbəbini xalqa izah etməlisiniz ki,atılacaq addımın gələcək perspektivi nədir? Düşünürəm ki, xalq artıq gələcəyini Ərdoğanda görmür. Əksinə xalq “Ərdoğana yetər” deyir. Bu isə təbii nəticədir. Əgər sən öz xalqına hörmət etməsən, xalqın da sənə hörmət etməyi dayandıracaq...”
Surxay Əliyev