Elon Maskın niyə gözü göyərib?

ABŞ Prezidenti Donald Trump, texnologiya maqnatı Elon Maskı Ağ Evdə qəbul edərək, Doge-dəki işi üçün onu tərifləyib. Bu, Maskın xüsusi hökumət işçisi kimi sonuncu günü olub.
Prezident Tramp bildirib ki, Mask "əslində ayrılmır" və Doge onun "balası" olduğuna görə ara-sıra Ağ Evə qayıdacaq.
Prezident həmçinin Maska ölkə adından təşəkkür əlaməti olaraq böyük qızıl açar təqdim edib. Maska göyərmiş gözü barədə də sual verilib, o, isə bunu beş yaşlı oğlu ilə zarafatlaşarkən baş verdiyini söyləyib .
Pərvin ƏHƏDOVA
Bakı Dövlət Universitetinin IV kurs tələbəsi