İmamoğlu: “16 milyon istanbullunu bir-bir həbsəmi atacaqsan?”

CHP-nin həbs edilərək vəzifəsindən uzaqlaşdırılan prezidentliyə namizədi, Türkiyə Bələdiyyələr Birliyinin və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu:- "O qədər qaranlıq bir tunelə girmisən ki, çıxa bilmirsən. İndi oyan, geri çəkil və ölkəni öz əlinlə gətirdiyin vəziyyətə bax! Səni bu əməliyyata inandıranlar belə buradan səni çıxara bilməz".
İmamoğlu qeyd etdi ki, "Yalan, hiylə, fitnə, korrupsiya, təhdid, şantaj var, deyirsən. Panikaya düşüb boş dosyelərini doldurmağa tələsirlər. İndi də bizim rayon bələdiyyə sədrlərini uydurma bəhanələrlə aparırsan. Nə edəcəksən? Harada dayanacaqsan? 16 milyon istanbullunu 1 nəfər kimi,həbsxanayamı salacaqsan?" İmamoğlu davam edib: Getdikcə daha da batırsınız. Qanun yerindədir, ictimai əmin-amanlıq pozulur, siyasət dalana dirənib, kənardan baxanda reputasiyadan əsər-əlamət qalmayıb, ən pisi isə iqtisadiyyat uçuruma doğru gedir. Türkiyə ədliyyəsinin dəyərli üzvləri, siyasi partiyalarımızın və vətəndaş cəmiyyətinin dəyərli idarəçiləri, iş dünyamızın, birliklərimizin liderləri, birlikdə səsimizi ucaltma zamanıdır. Bu ədalətsiz və qanunsuz əmrə "bəsdir" deməyin artıq vaxtıdır.
Surxay Əliyev