Rusiya Ukraynanın sülh danışıqlarına gəlməməsindən qorxuya düşüb

Ukrayna Rusiya ilə münaqişənin sülh yolu ilə həllindən imtina etməyə davam etdikcə, hər gün öz ərazilərini qorumaq şansını itirir. Bunu Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov amerikalı iqtisadçı Cefri Saksın proqnozunu şərh edərkən deyib. Kartapolovun sözlərinə görə, diplomatik həll olmasa Kiyev Odessa, Xarkov, Sumi, Zaporojye, Dnepropetrovsk və Nikolayev də daxil olmaqla, əsas şəhərlərini itirmək riski ilə üzləşəcək. Bundan əvvəl tanınmış amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Cefri Saks Ukraynanın hərbi əməliyyatların dərhal dayandırılmasına razılıq vermədiyi təqdirdə Odessanı itirə biləcəyi ilə bağlı bəyanat vermişdi. 2023-cü ildə dərc olunan “Common Dreams” məqaləsində Saks xəbərdarlıq etmişdi ki, münaqişənin uzadılması Ukrayna üçün fəlakətli nəticələrə, o cümlədən strateji əhəmiyyətli ərazilərin itirilməsinə gətirib çıxaracaq. “Biz əvvəldən deyirdik ki, hər keçən gün bu münaqişənin diplomatik yolla həlli gecikir, Ukrayna üçün şərtlər daha da ağırlaşır”, - deyə Kartapolov vurğulayıb. Deputatın fikrincə, Ukrayna kursunu dəyişməsə təkcə cənub və şərq rayonlarını deyil, həm də ərazisinin əhəmiyyətli hissəsini itirə bilər. Cəbhədəki vəziyyət də Kartapolovun qorxularını təsdiqləyir. Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə, 2025-ci ilin may ayında rus qoşunları Xarkov vilayətində hücumu gücləndirərək bir neçə yaşayış məntəqəsini zəbt edib və bu, Ukrayna qüvvələrini geri çəkilməyə məcbur edib. Belə ki, Sumı rayonu da son günlər davamlı atəşə tutulub ki, bu da 200-dən çox yaşayış məntəqəsinin boşaldılmasına səbəb olub.
Surxay Əliyev