Katalikos Paşinyana - Məni bu vəzifəyə sən seçə bilməzsən....

Konstitusiyaya görə, baş nazirin dini qurumun, o cümlədən Erməni Apostol Kilsəsinin rəhbərinin seçilməsinə müdaxilə etmək və “etik” yoxlaması aparmaq hüququ yoxdur. Bunu Dövlət Universitetinin İlahiyyat fakültəsinin Dinşünaslıq kafedrasının müdiri Parqev Barseqyan deyib. Məlum olduğu kimi,Nikol Paşinyan erməni apostol kilsəsinin rəhbərinin seçilməsi prosedurunun dəyişdirilməsini təklif edib. Onun sözlərinə görə, bütün ermənilərin katolikosunun seçilməsində dövlət həlledici səsə malik olmalıdır. Namizədlər etika yoxlamasından keçməlidirlər. Barseqyan isə hesab edir ki, "Konstitusiya dini qurumların dövlətdən ayrı olduğunu təsbit edir, ona görə də onlar təqribən QHT qanunvericiliyi çərçivəsində - ayrıca təşkilatlar kimi fəaliyyət göstərirlər və liderin seçilməsi prosedurunu özləri müəyyən edirlər. Yəni dövlətin bu məsələdə səlahiyyəti yoxdur", - Din alimi vurğulayıb ki, katolikosu Milli Kilsə Assambleyası seçir və onun öz prosedur qaydaları var. Ona görə də dövlət bu barədə heç bir tədbir görə bilməz, o cümlədən yoxlamalar apara bilməz. Ən yaxşı halda dövlət dini qurumların azad, şəffaf və demokratik fəaliyyətini təmin etməlidir. "Dövlətin Kilsənin daxili həyatına və fəaliyyətinə müdaxiləsi qanunla nəzərdə tutulmayıb və bu Konstitusiyaya ziddir, yəni ona etiraz etmək olar. İkincisi, Kilsə öz hüquqlarını qorumaq üçün Konstitusiya Məhkəməsinə və ya Avropa Məhkəməsinə müraciət edə bilər", - deyə Barseqyan yekunlaşdırıb.
Məlum olduğu kimi,bir gün əvvəl hökumətin iclasında Ermənistanın baş naziri kilsələrin vəziyyətini tənqid edərək, onları “zibillə dolu şkaflar” adlandırıb. Bu isə ruhanilərin yüksək rütbəli nümayəndələrinin tənqidinə səbəb olub.
Surxay Əliyev