Tramp iyunun 2- də İstanbula ruslarla danışığa nümayəndə göndərməyəcək...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbulda keçiriləcək danışıqların ikinci raundunda nizamlanma ilə bağlı memorandumu Ukrayna tərəfinə təqdim etməyə hazırdır. Eyni zamanda, Kremldən bildirilib ki, Rusiya Ukraynadan danışıqların iyunun 2-də İstanbulda keçirilməsi təklifinə hələlik cavab almayıb. Bu arada məlum olub ki,ABŞ-ın iyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında danışıqlara nümayəndə heyəti göndərməyəcək.
Rusiya prezidenti Vladimir Putin Ukraynaya mayın 15-də İstanbulda ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dediyi kimi, Ukrayna ilə təklif olunan danışıqların məqsədi münaqişənin köklü səbəblərini aradan qaldırmaq və Rusiyanın maraqlarını təmin etməkdir.
Rusiya nümayəndə heyəti mayın 15-də İstanbula gəlib, lakin iki ölkə nümayəndələri arasında heç bir əlaqə olmayıb. Rusiya nümayəndə heyətinə başçılıq edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib ki, Moskva və Kiyev gələcəkdə mümkün atəşkəs barədə öz baxışlarını təqdim etməyə razılaşıblar. Medinski Rusiyanın Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu da bəyan edib.
Surxay Əliyev