Müstəntiqlər səfirlikdə əməliyyat keçirdilər....Müttəfiqlərin arası dəyir...

Hüquq-mühafizə orqanları Yunanıstan Respublikasının Ermənistandakı səfirliyində istintaq hərəkətləri həyata keçirib. Sənədləri qəbul etmək üçün səfirliyə dəvət olunan vətəndaşlar içəri buraxılmayıb və bu gün qurumun bağlı olduğunu, hüquq-mühafizə orqanlarının əməkdaşlarının içəridə olması və hansısa əməliyyat aparıldığını əsas gətiriblər. Yunanıstan səfirliyindən dəqiqləşdirmə almaq cəhdləri uğursuz alınıb - diplomatik nümayəndəliyə edilən çoxsaylı zənglərə cavab verən olmayıb. Milli Təhlükəsizlik Xidməti (MTX) və İstintaq Komitəsi səfirlik binasında heç bir aksiya keçirmədiklərini bəyan ediblər. Korrupsiyaya Qarşı Mübarizə Komitəsi isə bu məlumatı nə təsdiq, nə də təkzib edib.
Xatırladaq ki, mayın 19-da Milli Təhlükəsizlik Xidməti Yunanıstan Respublikası səfirliyinin vasitəçiliyi ilə təşkil edilmiş daha bir qeyri-qanuni miqrasiya hadisəsinin aşkar edilərək qarşısının alındığını elan edən bəyanat yayıb.
Surxay Əliyev