Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

Qazaxıstanın BRİKS-ə qoşulmaq niyyəti yoxdur. Bunu respublika prezidenti Kasım-Jomart Tokayev Əl-Cəzirə telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, o,həmişə “praqmatik” mülahizələri rəhbər tutur və təşkilatın tərəfdaşı statusunu kifayət qədər hesab edir. Tokayev qeyd edib ki, söhbət tamhüquqlu üzvlüyün faydalılığından gedir və BRİCS-in “nizamnaməsi, katibliyi, proqramı yoxdur” faktına diqqət çəkib. "Gəlin görək, BRİKS beynəlxalq təşkilat kimi nə dərəcədə effektiv olacaq. Hələlik Qazaxıstan müşahidəçi statusunda qalacaq, sonra isə bunu zaman göstərəcək", - deyə o yekunlaşdırıb.
Surxay Əliyev