Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

BBC-nin təhlil etdiyi Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) məlumatlarına görə, Rusiya Qərbə qalıq yanacaq ixracından milyardlarla gəlir əldə etməyə davam edir,hansı ki,bununla Ukraynadakı müharibəsini belə maliyyələşdirir. Analitiklər hesablayıblar ki, tammiqyaslı işğalın başlanmasından bəri Rusiya karbohidrogen ixracından Ukraynanın müttəfiqlərindən aldığı yardımdan üç dəfə çox gəlir əldə edib, müttəfiqlərin özləri isə Rusiyaya yanacaq üçün Kiyevə verdiyi yardımdan daha çox pul ödəyiblər. Qeyd olunur ki, neft və qaz satışından əldə olunan gəlirlər Rusiya döyüş maşınının dəstəklənməsi üçün bir açardır. Genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya qalıq yanacaq ixracından 883 milyard avrodan çox (973 milyard dollar), o cümlədən ona qarşı sanksiyalar tətbiq edən ölkələrdən 228 milyard avro əldə edib. Bu məbləğin ən böyük payı - 209 milyard avro Aİ ölkələrinin payına düşüb.
2025-ci ilin yanvarında Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasına baxmayaraq, o, getdikcə artan həcmlərdə Türkiyə üzərindən Avropaya nəqlini davam etdirir. CREA-nın məlumatına görə, onun tədarükü 2025-ci ilin yanvar və fevral aylarında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,77% artıb.
Surxay Əliyev