Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

İlon Mask deyir ki, Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət etdiyi vaxt Tramp administrasiyası ilə onun fikir ayrılıqları olub və onu küncə sıxışdırıblar. "Müsahibələr zamanı bu barədə danışmaq mənim üçün çətindir, çünki sözlərim tez-tez mübahisə predmetinə çevrilir. Mən sıxılıram, çünki administrasiyaya qarşı danışmaq istəmirəm, amma eyni zamanda administrasiyanın etdiyi hər şeyə görə məsuliyyəti də öz üzərimə götürmək istəmirəm. Yəni bir növ küncə sıxılmışam, bilirsinizmi?" –Mask bunu dövlət qulluğundan getməzdən əvvəl CBS News-a müsahibəsində deyib. Mask qeyd edib ki, o, Trampın komandasının bir çox siyasəti ilə razıdır, lakin onların “ixtilafları var”. O, xüsusilə, Amerika liderinin “böyük, gözəl qanun layihəsi” adlandırdığı dövlət xərclərini azaltmaq üçün ABŞ prezidentinin təklif etdiyi qanun layihəsini xatırladıb. "Mən hesab edirəm ki, qanun layihəsi ya böyük, ya da gözəl ola bilər, lakin onun hər ikisinin ola biləcəyinə şübhə edirəm. Bu, mənim şəxsi fikrimdir", - deyə iş adamı bildirb. Çərşənbə günü Mask özünün X-sosial şəbəkəsində xüsusi dövlət işçisi kimi müddətim başa çatmaq üzrədir" yazmışdı. O, həmçinin DOGE-nin rolunun zaman keçdikcə artacağına əmin olduğunu bildirib.
Surxay Əliyev