İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya liderlərinin zirvə toplantısına hazırlıq gedir...

Ukrayna-Türkiyə müharibəsinin tənzimlənməsi üçün hər iki ölkə arasında danışıqlar davam etdirilir. Bu barədə Kiyevdə ukraynalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan söyləyib.
Nazirin sözlərinə görə, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşdə Rusiya tərəfinin mesajları müzakirə olunub. Həmçinin səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskiyə Moskvadan göndərilən mesajlar çatdırılacaq.
“İstanbul görüşləri ilə Rusiya-Ukrayna müharibəsini bitirmək istəyirik. Rusiya iyunun 2-də İstanbulda növbəti görüşə razılıq verib. Kiyevə səfər çərçivəsində də Ukrayna tərəfinin bu görüşlə bağlı mövqeyini öyrənəcəyik. Rəsmi Ankara müharibəni sona çatdırmaq istəyindədir. Nümayəndə heyətlərinin müzakirələrindən sonra İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya dövlət başçılarının iştirakı ilə zirvə toplantısının keçirilməsi istiqamətində səylərimiz davam edir”, - deyə Hakan Fidan əlavə edib.
ZÜMRÜD