“Paşinyanın açıqlaması tərəfdaşlarının belə xoşuna gəlmədi”

Nikol Paşinyanın Birinci Respublika Günü ilə bağlı mesajı hakim “Mülki Müqavilə” partiyasının dairələrində belə qızğın müzakirələrə səbəb olub. Bu barədə xəbər verən “Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır. “Onlar Paşinyanın bəyanatı fonunda hadisələrin təhlükəli inkişafını tənqid edir və proqnozlaşdırıblar: “Bizim xalqa artıq vətən axtarmağa, vətən arzulamağa ehtiyac yoxdur, çünki vətən Ermənistan Respublikasının simasında, dövlətin simasında tapılıb”. Hakim partiyanın nümayəndələri təkbətək söhbətlərində istisna etmirlər ki, sabah Ərdoğanla Əliyev deyə bilər ki, biz sizə başqa ərazidə vətən tapmışıq və o vətən indiki kimi,29743 kvadrat kilometr yox, 10 və ya 15 mindir, ona görə də əsl vətəni yenidən açtarmalıyıq”, – deyə nəşr qeyd edir.
Surxay Əliyev