Suriyadan 7 milyard dollarlıq enerji müqaviləsi

Suriya hökuməti Qətər, Türkiyə və ABŞ şirkətlərindən ibarət konsorsiumla 7 milyard dollar dəyərində enerji müqaviləsi imzalayıb. Sənədin preambulasında göstərilib ki, məqsəd müharibədən zərər çəkmiş ölkənin enerji sektorunu canlandırmaqdır. “Əl Ərəbiyə” telekanalının xəbərində deyilir ki, müqavilə Dəməşqdəki Prezident sarayında Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa və ABŞ səfiri Tomas Barakın iştirakı ilə imzalanıb və 5 min meqavat enerji istehsal etməyi hədəfləyir. Həmçinin 50 mindən çox birbaşa və 250 min dolayı iş yeri yaradılacaq.
Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir imzalama mərasimini tarixi an və ölkənin dağılmış infrastrukturu üçün dönüş nöqtəsi adlandırıb.
Mətləb Salahov