Serj Sarkisyanın 3 milyon dollar rüşvət almasıyla bağlı iş məhkəməyə göndərildi

Baş Prokurorluq bu gün Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın xüsusilə külli miqdarda 3 milyon dollara yaxın rüşvət alması faktı üzrə ittiham aktı ilə təsdiq edilmiş cinayət işinin materiallarını səlahiyyətli məhkəməyə göndərib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat vermişdi ki, 2008-ci il fevralın 20-də Ermənistan Respublikasının keçmiş yüksək vəzifəli məmuru bir sıra şəxslərin köməyi ilə bir iş adamından 2 milyon 660 min ABŞ dolları məbləğində rüşvətin bir hissəsini nağd şəkildə alıb, qalan məbləği isə onunla əlaqəli olan bir sıra şəxslərin köməyi ilə rüşvət şəklində alıb.
Surxay Əliyev