Tramp paylaşım edib, hakimlərə qəzəbləndi

ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində maraqlı paylaşım edib. Ağ Ev rəhbəri bəyan edib ki, onun administrasiyasının məhkəmə yolu ilə tətbiq etdiyi idxal rüsumlarının ləğvi dövlət başçısının səlahiyyətlərinə xələl gətirmək təhlükəsi yaradacaq.
Tramp daha əvvəl rüsumları bloklayan ABŞ-nin Beynəlxalq Ticarət üzrə Federal Məhkəməsinin hökmünü “səhv və dərin siyasi” adlandıraraq, hakimləri sərt tənqid edib. SİTAT: "Necə ola bilər ki, onlar ABŞ-a bu cür ziyan vura bilər?"
D.Tramp daha sonra əlavə edib ki, onun fikrincə, hakimlər həmişə ölkənin maraqlarından çıxış etməyə borcludurlar. “Ümid edirəm ki, Ali Məhkəmə ölkəmiz üçün bu dəhşətli, təhdidedici hökmü tez və qətiyyətlə ləğv edəcək. Əgər qərar qüvvədə olsa, bu, prezidentliyin səlahiyyətlərini sarsıdacaq – prezident vəzifəsi heç vaxt əvvəlki kimi olmayacaq", - Tramp bunun ABŞ tarixində "ən ağır maliyyə qərarı" olacağını qeyd edib.
Mətləb Salahov