Trampın bu addımı ABŞ-a 50 milyard dollar qazandırıb - Ağ Ev

Ağ evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset Donald Trampın iqtisadi addımları barədə bəyanat yayıb. O qeyd edib ki, ABŞ Prezidentinin tətbiq etdiyi ticarət tarifləri Amerika iqtisadiyyatına ən azı 50 milyard dollar gəlir gətirib.
SİTAT: "Tariflər tətbiq ediləndən bəri biz 50-60 milyard dollar gəlir topladıq. Bu, bizim düşündüyümüz kimi işləyir və apellyasiya məhkəməsinin tarifləri bərpa etmək qərarından çox məmnunuq", - deyə o, “Fox News”a bildirib.
Mətləb Salahov