Prezident Ərdoğan İranı Zəngəzur dəhlizini dəstəkləməyə çağırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən Zəngəzur dəhlizinin açılmasının zəruriliyindən danışıb və İranı regional sülh təşəbbüslərini dəstəkləməyə çağırıb. Türkiyə lideri Laçın Beynəlxalq Hava Limanının açılışında iştirak edib, Azərbaycan və Pakistan liderləri ilə üçtərəfli görüş keçirib. Prezident Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Azərbaycanın Müstəqillik Gününü qeyd etmələri çərçivəsində Laçın Hava Limanının açılışını edib. “Biz Qarabağın 30 illik işğaldan sonra azadlığa qovuşmasını görməkdən məmnun olduq”, - deyə Türkiyə prezidenti bildirib.
Surxay Əliyev