Suriyalı iş adamı Ukraynanı on minlərlə pilotsuz təyyarə ilə təmin edir

Suriyalı kibertəhlükəsizlik üzrə ekspert Xalid Alfayomi Ukraynanın pilotsuz uçuş aparatları (PUA) sənayesində sürətlə nüfuz qazanır. Onun Kiyevdə yerləşən şirkəti Ukrayna Silahlı Qüvvələri (UAF) üçün kəşfiyyat və hücum üzrə pilotsuz təyyarələrinin əsas təchizatçısına çevrilib. ABŞ-ın “Semafor” nəşrinə müsahibəsində Alfayomi Ukrayna hökumətinin onun şirkətinin bütün məhsullarını münaqişə müddətində və münaqişə bitdikdən sonra iki il ərzində almağı öhdəsinə götürdüyünü açıqlayıb.
Mütəxəssislərin fikrincə, bu müqavilə nəinki hazırkı münaqişədə dronların strateji əhəmiyyətini özündə ehtiva edir, həm də Alfayomini qlobal İHA bazarında liderlər sırasında yerləşdirir.
Surxay Əliyev