Moskva münaqişəyə son qoymaq planını ABŞ-la bölüşməkdən imtina etdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova münaqişənin sülh yolu ilə həllinə dair memorandumların mübadiləsi prosesində ABŞ-ın iştirakını təkzib edərək, bəyanatla çıxış edib. 2025-ci il mayın 28-də keçirdiyi brifinqdə o, ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqun Ağ Evin Kiyevdən oxşar sənədi artıq aldığı və rus versiyasını isə gözlədiyi barədə bəyanatlarına baxmayaraq, Moskvanın öz memorandum layihəsini Vaşinqtona təhvil vermək niyyətində olmadığını vurğulayıb. Zaxarova həmçinin ABŞ və ya digər ölkələrin bu prosesdə vasitəçiliklə bağlı hər hansı razılaşmanın olmamasını qeyd edib ki, bu da Vaşinqtonun danışıqlarda vasitəçi rolunu şübhə altına alır.
Bu arada məlum olub ki,Ukraynanın müdafiə naziri Rustem Umerov artıq Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin təmsil olunduğu Rusiya tərəfinə Ukraynanın atəşkəs haqqında memorandumunu təhvil verib ki, bu da Kiyevin dialoqa hazır olduğunu göstərir. "Fox News"un məlumatına görə, Zaxarovanın açıqlaması, ABŞ-ın münaqişənin sülh yolu ilə nizamlanması üçün şərtlər siyahısını aldığını və Rusiyadan da analoji sənəd gözlədiyini iddia edən Kelloqa cavab kimi də qəbul oluna bilər. Reuters xəbər verir ki, Moskva öz mövqeyini müstəqil şəkildə, kənar vasitəçilərin iştirakı olmadan formalaşdırır ki, bu da onun birbaşa danışıqlar aparmaq istəyindən xəbər verir
Surxay Əliyev