ABŞ və Almaniya Putini yeni sanksiyalarla hədələdi

Rusiya prezidenti Vladimir Putin danışıqlar masasına oturmağa razı olmasa ABŞ və Avropa tərəfindən ona qarşı sərt “tədbirlərin görüləcəyinə” hazır olmalıdır. “Sueddeutsche Zeitung” yazır ki, bu barədə dövlət katibi Marko Rubio Almaniyanın xarici işlər naziri Yohan Vadeful görüşdən sonra bildirib. Nəşr yazır ki, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri ilk səfərini ABŞ-a edib və orada dövlət katibi Rubio ilə görüşüb. Wadefulun bu səfəri həm də Almaniya kansleri Fridrix Merzin Vaşinqtona səfərinə hazırlıq məqsədi daşıyırdı.
Digər məsələlərlə yanaşı, Wadeful və Rubio arasında danışıqların mövzusu Ukraynadakı müharibəyə son qoymaq olub. Almaniyalı nazir deyib ki, “Bu barədə razılıq var ona görə də razılaşdıq ki, biz növbəti addımları daha yaxından əlaqələndirək ki, Putin nəhayət danışıqlar masasına əyləşə bilsin”, - deyə Vadeful bildirib.
Surxay Əliyev