Mask Trampın daxili xərclər haqqında qanun layihəsindən narazılığını bildirdi

Milyarder Ilon Mask ABŞ Prezidenti Donald Trampla Nümayəndələr Palatasının qəbul etdiyi daxili siyasət qanun layihəsi ilə bağlı mübahisə edib və CBS-ə müsahibəsində bunun federal kəsiri artıracağından məyus olduğunu bildirib:- "Açığı, kəsiri azaltmaq əvəzinə artıran və DOGE komandasının gördüyü işlərə xələl gətirən böyük xərc qanun layihəsini görmək məni məyus etdi" deyə milyarder bildirib. Maskın ictimai şərhləri Respublikaçı qanun layihəsinin Senata getdiyi bir vaxtla üst-üstə düşür ki, burada bir neçə senator da qanun layihəsini kəsiri artırdığına görə tənqid edib.
Trampın müttəfiqi və Ağ Evdə yüksək vəzifə tutan Mask da tarif siyasətinə görə prezidentdən uzaqlaşmaq yolunu seçdi. Müsahibədə Mask, Trampın təsvirindən sonra rəsmi olaraq “Bir Böyük Gözəl Qanun Aktı” adlandırılan qanun layihəsinin adını belə tənqid etdi:- "Düşünürəm ki, qanun layihəsi böyük və ya gözəl ola bilər, bilmirəm, bunların hər ikisi ola bilər,ya yox" deyə Mask gülərək qeyd edib və əlavə edib ki,"Bu mənim şəxsi fikrimdir."
Surxay Əliyev