ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etmək fikrində olmadığını bildirdi

ABŞ prezidenti bildirib ki, Rusiya və Ukrayna “sövdələşməyə” yaxındır və o, danışıqlar prosesinə mane olmamaq üçün Moskvaya qarşı sanksiyalar tətbiq etmir – Bu barədə prezident Donald Tramp çərşənbə günü, mayın 28-də danışıb: "Sanksiyadan nə vaxt istifadə edəcəyinizi başa düşməlisiniz. Əgər bunun sazişə zərər verə biləcəyini düşünürəmsə, bu, mənim müharibəm deyil", - deyə Tramp mətbuat konfransı zamanı məlum tezisini təkrarlayıb.
Tramp bir daha Ukraynadakı müharibənin “Trampın müharibəsi” deyil, “Bayden, Zelenski və Putinin müharibəsidir” tezisini dilə gətirib. Və əlavə edib ki,"Mən yalnız bir şey üçün buradayam - həftədə 5 000 insanın həyatını xilas etmək və çoxlu pula qənaət etmək üçün...Baxmayaraq ki, burada pul daha az əhəmiyyət kəsb edir" deyə Tramp yekunlaşdırıb.
Surxay Əliyev