“Rusiya Gürcüstanda təsirini artırır, Ermənistanla münasibətlər pisləşir”

ABŞ Müdafiə Kəşfiyyat Agentliyi (DİA) Ermənistanın da daxil olduğu 2025-ci il üçün Qlobal Təhlükəsizlik Mühitinin Qiymətləndirilməsini açıqlayıb. Hesabatda qeyd olunur ki, ötən il Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla hədələdiyi üçün Rusiya ilə Ermənistan arasında münasibətlər pisləşib. Qeyd olunur ki, Rusiya erməni demokratiyasını və onun daha çox qərbyönlü rəhbərliyini gözdən salmaq məqsədi daşıyan informasiya fəaliyyətinə əl atıb. "Gürcüstanı isə Rusiya demək olar ki, öz təsir dairəsinə qaytarmağa çalışır. Oktyabrda keçirilən parlament seçkilərindən sonra "Gürcü Arzusu" partiyasının rəhbərlik etdiyi hökumət ölkədə Rusiyanın təsirinin artırılması üçün əlverişli mühit yaradıb".
Surxay Əliyev