Cənubi Koreyada təyyarə qəzası olub - 4 nəfər itkin düşüb

Cənubi Koreyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. “Yonhap” agentliyinin məlumatında deyilir ki, hərbi-dəniz qüvvələrinə məxsus təyyarə cənub-şərqdəki Pxoxan şəhərində dağa çırpılıb. Təyyarədə olan 4 nəfərin taleyi barədə heç nə məlum deyil.
Qeyd edək ki, əvvəlcə kiçik mülki təyyarənin qəzaya uğradığı bildirilirdi. Hadisə yerli vaxtla təxminən 13:52-də baş verib.
Mətləb