Almaniyadan Rusiyanı qəzəbləndirəcək QƏRAR

Almaniya Rusiyanı qəzəbləndirəcək qərar verib. Belə ki, rəsmi Berlin Ukrayna üçün uzaqmənzilli dronların istehsalını maliyyələşdirmək niyyətindədir. Bu barədə Almaniya hökumətindəki mənbələrə istinadla “Die Welt” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, mayın 28-də Prezident Volodimir Zelenskinin Berlinə səfəri zamanı məlum olan Almaniyadan Ukraynaya yeni yardım paketinin bir hissəsi Ukraynanın uzaqmənzilli dronlarının maliyyələşdirilməsidir.
Mətləb Salahov