Məhkəmə Trampın tətbiq etdiyi tarifləri qanunsuz hesab edib, onları blokladı

“ABŞ Beynəlxalq Ticarət Məhkəməsi çərşənbə günü prezident Donald Trampın aprel ayında tətbiq etdiyi tarifləri bloklayıb”,- bu barədə Reuters xəbər verir. Məhkəmə həmçinin müəyyən edib ki, prezident ABŞ-ın ticarət tərəfdaşlarından idxal olunan mallara külli miqdarda gömrük rüsumları tətbiq etməklə öz səlahiyyətlərini aşıb.
Qərarda qeyd edilir ki, ABŞ Konstitusiyası Konqresə digər ölkələrlə ticarəti tənzimləmək üçün fövqəladə səlahiyyətlər verir. "Məhkəmə Prezidentin tariflərdən istifadəsinin məqsədəuyğunluğunu və ya ehtimal olunan effektivliyini rıçaq hesab etmir. Bu cür istifadə əsassız və ya səmərəsiz olduğu üçün deyil, [federal qanunun] buna icazə vermədiyi üçün yolverilməzdir", - deyə üç hakimdən ibarət kollegiya bildirib. Məhkəmə ABŞ administrasiyasına verdiyi əmri "həyata keçirmək" üçün 10 gün vaxt verib.
Surxay Əliyev