Oskanyan: ”28 May – suverenliyimizim zədələndiyi bayramdır”

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan öz Facebook səhifəsində yenə yas qurub: “Bu gün Ermənistanın müstəqilliyi 1991-ci ildən bəri hər zaman olduğundan daha çox zəifləyib. Ermənistan dövlətçiliyinin sütunları – suverenlik, təhlükəsizlik və birlik misli görünməmiş təzyiq altındadır. Azərbaycan silahlı qüvvələri Ermənistanın suveren ərazisini “işğal” edib, strateji mövqeləri ələ keçirib, yollar salıb, postlar yaradıb.Baş nazir Nikol Paşinyan Azərbaycanın daimi təzyiqi və təhdidləri altında hərəkət edir. Onun əsas məqsədi ölkənin uzunmüddətli maraqları deyil,öz hakimiyyətini qoruyub saxlamaqdır. Qorxuyla hərəkət edən lider isə suveren qərarlar qəbul edə bilməz. Azərbaycan Ermənistan Konstitusiyasına düzəlişlər edilməsini tələb edir ki, bu da Ermənistanın suverenliyinə və suveren idarəçilik ideyasına birbaşa hücumdur. Bu şəraitdə “müstəqillik” bayramını qeyd etməyin nə mənası var? ", - deyə Oskanyan vaysınmasını bitirib.
Surxay Əliyev