Rusiya iyunun 2-də İstanbulda Ukrayna ilə danışıqlara hazır olduğunu bildirdi

Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbulda Ukrayna tərəfi ilə danışıqların ikinci raundunda iştirak etməyə hazırdır. "Rusiya tərəfi razılaşdırıldığı kimi, böhranın köklü səbəblərini etibarlı şəkildə aradan qaldırmağın bütün aspektləri üzrə mövqeyimizi əks etdirən müvafiq memorandum hazırlayıb. V.R.Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətimiz bu memorandumu Ukrayna nümayəndə heyətinə təqdim etməyə və lazımi izahatları verməyə hazırdır", - deyə Sergey Lavrov bildirib. Rusiya xarici işlər naziri həmçinin danışıqlar üçün platforma təqdim etdiyinə görəTürkiyəyə təşəkkürünü bildirib.
Surxay Əliyev