Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv etdi

Avropa İttifaqı Suriyaya qarşı bütün iqtisadi sanksiyaların götürüldüyünü, eləcə də ərəb ölkəsinin 24 strukturunun, o cümlədən Mərkəzi Bankının qara siyahıdan çıxarılmasını elan edib. "Aİ Şurası təhlükəsizlik mülahizələrinə əsaslananlar (antiterror tədbirləri nəzərdə tutulur) istisna olmaqla, Suriyaya qarşı bütün iqtisadi məhdudlaşdırıcı tədbirlərin ləğvi ilə bağlı hüquqi sənədlər qəbul edib", - deyə Aİ Şurasının bəyanatında deyilir. - Bundan əlavə, Suriya Mərkəzi Bankı, neft hasilatı və pambıq emalı sektorlarında fəaliyyət göstərən şirkətlər də daxil olmaqla 24 şirkət qara siyahıdan çıxarılıb". Sənəddə qeyd olunur ki, bu addım Aİ xarici işlər nazirlərinin mayın 20-də Aİ-nin Suriyaya qarşı sanksiyalarının ləğvinin məqsədəuyğunluğu ilə bağlı siyasi qərarının icrasıyla mümkün olub.
Surxay Əliyev