“Hakimiyyət dəyişikliyindən sonra Alen Simonyan ancaq Bakıda yaşaya biləcək”

Hakimiyyət dəyişikliyindən sonra Alen Simonyanın (Ermənistan parlamentinin sədri – red.) yaşaya biləcəyi yeganə yer Bakıdır. Bunu mayın 28-də jurnalistlərlə söhbətində “Ermənistan” blokunun deputatı, daşnak İşxan Saqatelyan deyib.Daşnaq-deputat vurğulayıb ki,Simonyan erməni xalqı haqqında deyil, yalnız öz gələcəyindən danışır,öz gələcəyini düşünür.Daşnaq deputatın qurduğu xəyala görə, erməni xalqı artıq mövcud olmayan “Dağlıq Qarabağ”a qayıtmalıdır. Bununla da kifayətlənməyən deputat hakimiyyəti Ermənistanda Rusiya əleyhinə təbliğat aparmaqda və diqqəti Türkiyəyə yönəltməkdə ittiham edib. "Onlar bunu Qərb dəyərləri altında təqdim etməyə çalışırlar, lakin bunun Qərb dəyərləriylə heç bir əlaqəsi yoxdur. İqtidardakılar Rusiyanı düşmən, Türkiyəni isə Ermənistanın dostu elan etməkdə davam edirlər", - deyə deputat fikirlərini yekunlaşdırıb.
Surxay Əliyev