ABŞ səfirliyi bildirir ki, “Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili “Tramp administrasiyasının mesajını qəbul etmək üçün” səfir Robin Dunniqanla görüşməkdən imtina edib. Səfirlik bu barədə Facebook-da yazıb ki, dövlət katibi Marko Rubionun xahişi ilə səfir Dunniqan “administrasiyanın mesajını çatdırmaq və Gürcüstan hökumətinin ABŞ-la münasibətlərin bərpasında ciddiliyini nümayiş etdirmək üçün atacağı konkret addımları təkrarlamaq üçün” Bidzina İvanişvili ilə görüşməyi planlaşdırıb. Səfirliyin bəyanatında deyilir: “Ümid edirik ki, Gürcüstan hökuməti ABŞ və Amerika xalqı ilə 33 illik tərəfdaşlığına və dostluğuna qayıtmaq istəyir.Lakin “Gürcü arzusu” İvanişvilinin diplomatla görüşdən imtinasını hələlik şərh etməyib.
Əliyev Surxay