“Kreml Trampın qətiyyətini sınamaqda davam edir”

Donald Trampın Vladimir Putinə qarşı sərt ifadələrinə baxmayaraq, Kreml bunda real təhlükə kimi görmür. Rusiyanın Ukraynaya qarşı son hücumlarından sonra ABŞ prezidentinin ritorikası isə kursun dəyişməsindən çox emosional reaksiyadır. Bu barədə yazan CNN qeyd edir ki,təsadüfi deyil ki, Moskva Trampın bəyanatlarını “emosional, həddən artıq yüklənmə simptomu” adlandırıb və Putinin Trampın hərəkətə keçəcəyinə inanmadığını açıq şəkildə ifadə edib. Ukraynanın dinc şəhərlərinin kütləvi şəkildə atəşə tutulmasına cavab olaraq Tramp Truth Social-da yazır: "Mən prezident olsaydım bu müharibə heç vaxt başlamazdı. Bu, Trampın deyil, Zelenski, Putin və Baydenin müharibəsidir". Analitiklər isə bu ifadələri siyasətin real şəkildə dəyişməsi kimi deyil, məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirirlər. ABŞ-ın Ukraynadakı keçmiş səfiri Uilyam Teylor da bu fikirləri bölüşür: "Prezident Tramp bundan əvvəl də bəyanatlar verib və sanksiyalarla hədələyib, lakin indiyə qədər heç bir tədbir görülməyib. Sual olunur ki, bu dəfə fərqli olacaqmı?" Trampın bir neçə variantı var: sanksiyalardan tutmuş Ukraynaya hərbi yardımın artırılmasına qədər. Amma onların hər biri seçkiqabağı mövqeyi ilə - müharibə xərclərini tənqid etməklə ziddiyyət təşkil edir. Təqaüddə olan mayor Mayk Lyons hesab edir ki, Tramp mesajını Putindən çox amerikalılara yönəldir.Avropa liderləri Trampın tonunun dəyişməsinə ehtiyatla yanaşırlar.Fransa prezidenti Emmanuel Makron: “Putin Trampa telefonla sülhə hazır olduğunu deyib, amma yalan danışıb”. Kreml Trampın qətiyyətini sınamaqda davam edir və bu, sözlərin ardınca bir daha heç bir hərəkət olmayacağına inanır.
Surxay Əliyev