ABŞ Rusiyanın genişmiqyaslı yay hücumuna hazırlaşdığını bildirir

“The Washington Post”un yazdığına görə, Rusiya bu yay Donetsk bölgəsində genişmiqyaslı hücuma hazırlaşır. Bildirilir ki, rus qoşunlarının əsas məqsədi Pokrovsk və Konstantinovka şəhərlərini tutmaqdır. Bundan əlavə, Ukraynanın müdafiəsini zəiflətmək üçün Sumı və Xarkov vilayətlərinə diversifikasiya zərbələri endirilməsi planlaşdırılır. Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl Rusiya qoşunlarının davamlı olaraq hücumlar təşkil etdiyini və yeni hücum əməliyyatlarına hazırlaşdığını bildirmişdi. Və qeyd etmişdi ki, Rusiyanın gecə hücumları getdikcə daha cəsarətli və irimiqyaslı xarakter alır. Mayın 22-də Rusiya qoşunlarının Donetsk Xalq Respublikasının Seversk şəhərinə doğru irəliləməsi barədə məlumat daxil olub. Rus ordusu artıq bu ərazidəki Verxnekamenskoye kəndini işğal edib.
Surxay Əliyev