Ermənilərin Respublika günü separatcılara həsr olundu

Mayın 28-də ermənilər Araqatsotn vilayətinin Aparan şəhərində Birinci Ermənistan Respublikası günü şərəfinə bayram tədbirləri keçirib. Lakin həmişə olduğu kimi təxribatsız ötüşə bilməyiblər. Belə ki,tədbirin erməni işğalından azad edilmiş qondarma “Artsax”a həsr olunduğu bildirilir. Aparandakı tədbirdə iştirak edən qondarma qurumun qondarma “deputatı” Metakse Akopyan jurnalistlərə müsahibəsində bildirib ki, 28 May hadisələri bizə tarixin hələ bitmədiyini və xalqın hələ də öz gələcəyi üçün mübarizə aparmaq hüququna malik olduğunu xatırladır.Bir sözlə harda erməni var orda mütləq təxribat,separatcılıq var,başqa cür mümkün deyil
Surxay Əliyev