Tramp:- “Putin odla oynayır!”

ABŞ prezidenti Donald Tramp bəyan edib ki,əgər o, hakimiyyətə qayıtmasaydı, Rusiyanın başına “çox pis şeylər” gələ bilərdi. ABŞ prezidenti bu barədə Truth Social sosial şəbəkəsində açıqlama verib. “Vladimir Putinin dərk etmədiyi şey odur ki, “O, odla oynayır!”- deyə Amerika dövlətinin başçısı qeyd edib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulamışdı ki, Moskva Trampın bəyanatlarından və Ukrayna üzrə sülh danışıqlarının gedişindən asılı olmayaraq öz təhlükəsizliyini təmin edəcək.
Surxay Əliyev