Çində kimya zavodunda güclü partlayış baş verdi

2025-ci il mayın 27-də günortadan sonra Çinin şərqindəki Şandun əyalətində yerləşən Qaomi şəhərindəki Shandong Youdao Kimya Zavodunda güclü partlayış baş verdi.Nəticədə yerli sakinlərə ciddi ziyan dəyib .CNN də daxil olmaqla beynəlxalq medianın məlumatına görə, insident zavodun istehsalat müəssisələrindən birində baş verib, bundan sonra səmaya qalın boz və narıncı tüstü buludu qalxıb, partlayış dalğası yaxınlıqdakı yaşayış binalarının pəncərələrini sındırıb. Fəsadların aradan qaldırılması və zərərçəkənlərə yardımın göstərilməsi üçün dərhal hadisə yerinə xilasedicilər, yanğınsöndürmə briqadaları və onlarla təcili tibbi yardım maşını cəlb olunub. İlkin məlumatlara görə, partlayış kimyəvi maddələrin emalı ilə bağlı sexdə baş verib, lakin dəqiq səbəbləri hələ müəyyən edilməyib.
Surxay Əliyev