“ABŞ Ukraynadan Rusiya ilə münaqişənin həlli üçün şərtlərin siyahısını aldı”

Bu barədə ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq məlumat verib. "Biz bunu Ukrayna tərəfdən almışıq" deyə Kelloq Fox News-a bildirib. TASS xəbər verir ki, xüsusi nümayəndə qeyd edib ki, Vaşinqton onları birləşdirmək üçün Moskvadan analoji sənəd gözləyir. Kelloqun sözlərinə görə, Ukrayna və Rusiyanın sənədləri ilə işlədikdən sonra danışıqların növbəti mərhələsi keçiriləcək. "Biz inanırıq ki, növbəti görüş yəqin ki, Cenevrədə baş tutacaq. Biz onu Vatikanda keçirmək istərdik və demək olar ki, buna hazır idik, lakin ruslar ora getmək istəmədilər. Ona görə də məncə, növbəti variant Cenevrə olacaq", - deyə RİA Novosti onun sözlərini sitat gətirib
Surxay Əliyev