İstanbul Böyükşəhər Bələdiyyəsinin sədr müavini haqqında da istintaq başladıldı

İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Nuri Aslan barəsində iş üzrə istintaq başladılıb. İstanbul Respublika Baş Prokurorluğu tərəfindən korrupsiya istintaqı çərçivəsində nəzarətə alınan 45 şübhəlinin dindirilməsi zamanı Ədliyyə binasının mühafizəçilərini hədələməsi səbəbi ilə İBB Bələdiyyə sədrinin müavini Nuri Aslan barəsində "vəzifəsinin yerinə yetirilməsinə mane olmaq üçün müqavimət göstərmək" cinayətindən istintaq başladılıb.
Surxay Əliyev