"Dezertirlik " erməni cəmiyyətini bürüyüb- 10 mindən çox gənc axtarşdadır....

İctimai reaksiya həmişə böyük əhəmiyyət kəsb edir, qanun layihəsi ətrafında müzakirələr davam edir və bu, müəyyən dəyişikliklər tələb edə bilər, - Bu sözləi Ermənistan parlamentinin spikeri Alen Simonyan pul müqabilində hərbi xidmətdən azad olunma imkanını nəzərdə tutan təşəbbüsü şərh edərkən deyib. Onun sözlərinə görə, bu qanun ölkənin təhlükəsizliyinin təmin edilməsi kontekstində zəruridir. "Müzakirələr davam edir. Yekun məqsəd ölkədə hərbi xidmətə peşə kimi yanaşan insanların tam məsuliyyətlə xidmət edəcəyi tam peşəkar ordunun olmasıdır: "Ölkəmizdə formalaşmış və onilliklər boyu davam edən vəziyyəti hansısa formada tənzimləmək lazımdır" –deyən Simonyan özünün də orduda xidmət etdiyini xatırladıb. Fikrini davam etdirən Simonyan qeyd edib ki, layihənin təfərrüatlarına varmayacağam, amma pul müqabilində övladlarını xidmətdən azad edənlər artıq bunu ediblər və buna heç bir qiymət verməyin də artıq mənası yoxdur.
Buna qarşı mübarizə gedir. Bir daha deyirəm: layihədə müzakirəyə ehtiyacı olan məsələlər var". Sosial ayrı-seçkiliyin mümkünlüyü ilə bağlı sualı cavablandıran Simonyan bunları qeyd edib: "Müstəqillik əldə olunandan sonra bütün hökumətlər dövründə belə cəhdlər olub. Amma mənim anlayışımda bizim məqsədimiz əksər normal ölkələrdə olduğu kimi peşəkar ordudur. Ömrünü hərbi xidmətə həsr etmək istəyən insanlar yüksək maaş alacaq və peşəkar hərbçi olacaqlar. Bu, son məqsəddir. Hazırda müzakirələr gedir, mən onlara müdaxilə etməyəcəyəm. Amma indidən deyirəm ki, hərbi xidmətə ehtiyacı olan minlərlə insan var".
Surxay Əliyev