Trampla Netanyahu arasında İranla bağlı gərgin telefon danışığı oldu

Bazar ertəsi İsrail televiziyası bildirib ki,keçən həftə İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında İranla bağlı gərgin telefon danışığı olub. Kanal 12-nin məlumatına görə, söhbət kəskin fikir ayrılıqları ilə yadda qalıb, Trampın Netanyahuya "Mən iranlılarla diplomatik həll yolu istəyirəm. Və yaxşı razılaşma əldə edə biləcəyimə inanıram" dediyi bildirilir. O, həmçinin hər iki tərəfin xeyrinə olacaq razılaşmanın əldə olunmasında maraqlı olduğunu vurğulayıb. Məlumata görə, söhbətin gərgin atmosferdə keçdiyi faktı, iki lider arasında telefon danışığının qarşılıqlı anlaşma şəraitində keçdiyi haqda əvvəlki bəyanatlarla ziddiyyət təşkil edir.
“İsrailin baş nazirinin ofisi də Netanyahunun Trampla gərgin söhbət etdiyi barədə xəbərləri təkzib edib”,-deyə Times of Israel yazır. Cümə axşamı günü edilən çağırışdan sonra Netanyahunun ofisi bəyanat yayıb ki, Nitanyahu və Tramp “İranın nüvə silahı əldə etməməsini təmin etmək zərurətiylə bağlı razılığa gəliblər”.
Surxay Əliyev