Liverpulda avtomobil qəzası nəticəsində xəsarət alanların sayı 47-yə yüksəldı

Liverpulda şəhərin mərkəzində sürücünün avtomobilin izdihamın üzərinə sürməsi nəticəsində 47 nəfər xəsarət alıb. The Guardian xəbər verir ki, onlardan ikisinin vəziyyəti ağırdır. Təcili yardım xidmətinin məlumatına görə, 27 nəfər xəstəxanaya çatdırılıb, qalan 20 nəfərə isə hadisə yerində yardım göstərilib. Səlahiyyətlilər hadisənin terrorla əlaqəsi olmadığını bildirib. Avtomobilin sürücüsü olduğu güman edilən 53 yaşlı britaniyalı həbs edilib. Böyük Britaniyanın Baş naziri Kir Starmer hadisəni dəhşətli adlandırıb və polisə, təcili yardım xidmətlərinə "sürətli və davamlı yardım" üçün təşəkkür edib.
Mayın 26-da axşam 20-ci Premyer Liqa çempionluğunu qeyd edən "Liverpul" azarkeşlərinin paradı zamanı avtomobil azarkeşlərin üzərinə sürülüb.Hadisə Water Street-də baş verib. Tədbirdə minlərlə fanat iştirak edib.
Surxay Əliyev